Bakı-APA. İsveçrənin Lozanna Federal Politexnik Məktəbində (fr. École Polytechnique Fédérale de Lausanne) təhsil alan 25 tələbə 8-13 iyul tarixlərində Azərbaycanda səfərdə olub. APA-nın məlumatına görə, səfər çərçivəsində heyət SOFAZ, SOCAR Tower, Bakı Olimpiya Stadionu, CRES
İsveçrəli tələbələr həmçinin “İRƏLİ” İctimai Birliyinin nümayəndə heyəti ilə görüşüb. Qonaqlar ilk növbədə “İRƏLİ” Gənclik Mərkəzi ilə yaxından tanış olublar. Gənclərə birliyin məqsədi, strukturu, iş mexanizmi, layihələri barədə geniş məlumat verilib. Eyni zamanda birliyin fəaliyyətini əks etdirən təqdimat göstərilib.
Görüş zamanı qonaqlara Azərbaycan gənclər siyasəti, məqsəd və prinsipləri, istiqamətləri, gənclər sahəsində görülən işlər haqqında ətraflı məlumat verilib.
Gənclər də öz növbələrində onları maraqlandıran sualları ünvanlayıblar. Görüş qarşılıqlı müzakirələr şəklində davam edib və gələcəkdə birgə əməkdaşlıq, layihələr ətrafında fikir mübadiləsi aparılıb.