Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bunun üçün abituriyentlər komissiyanın saytında yaradılmış müvafiq şöbəyə daxil olaraq iş nömrəsi, şifrə və kodu daxil etməklə “İmtahana buraxılış vərəqəsi”ni əldə edə bilərlər.
Qeyd edək ki, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanlarına iyulun 14-dən başlanıb. Ali məktəblərə ilk qəbul imtahanı iyulun 14-də III ixtisas qrupu üzrə, iyulun 21-də isə I ixtisas qrupu üzrə qəbul imtahanı keçirilib. Növbəti imtahanlar isə iyulun 28-də IV, avqustun 3-də II ixtisas qrupu üzrə təşkil olunacaq.