Bank Of Baku

IV ixtisas qrupu üzrə qəbul imtahanında istifadə olunmuş test tapşırıqlarının düzgün cavabları açıqlanıb

IV ixtisas qrupu üzrə qəbul imtahanında istifadə olunmuş test tapşırıqlarının düzgün cavabları açıqlanıb
# 29 iyul 2013 07:25 (UTC +04:00)

Bakı. Könül Kamilqızı-APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 28-də keçirilən 2013/2014-cü tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə IV ixtisas qrupu üzrə qəbul imtahanında istifadə olunmuş test tapşırıqlarının bölmələr və variantlar üzrə düzgün cavabları açıqlayıb. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, düzgün cavablar artıq komissiyanın internet saytında yerləşdirilib.

 

IV ixtisas qrupu üzrə qəbul imtahanının nəticələri isə yaxın 2-3 ərzində açıqlanacaq. Hazırda IV ixtisas qrupu üzrə imtahan vermiş abituriyentlərinin cavab kartlarının emalı aparılır. Bu proses başa çatdıqdan sonra nəticələr qısa müddətdə TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla iş nömrələrini 7727  nömrəsinə göndərməklə öyrənə biləcəklər. 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR