Bank Of Baku

İyulun 19-dan Azərbaycanda havanın temperaturu 3-5 dərəcə aşağı enəcək

İyulun 19-dan Azərbaycanda havanın temperaturu 3-5 dərəcə aşağı enəcək
# 17 iyul 2013 08:01 (UTC +04:00)

Bakı. Könül Kamilqızı-APA. İyulun 19-dan etibarən Azərbaycan hava şəraitinin qeyri-sabit keçəcəyi və temperaturun aşağı düşəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA-ya verilən xəbərə görə, havanın temperaturu bu günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək. Ölkə ərazisində şimal küləyi əsəcək. İyulun 20-də səhərə qədər güclü şimal küləyinin əsəcəyi gözlənilir.

 

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 28-33 dərəcə təşkil edəcək.

 

Azərbaycanda hərarətin bu gün və sabah ən yüksək həddə çatacağı proqnozlaşdırılır. Lakin sabah axşamdan etibarən havanın temperaturu nisbətən aşağı düşəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR