Bakı. Ramiz Mikayıloğlu - APA. “Azərbaycanda internetdə müəllif hüquqlarının idarə edilməsi üçün rəqəmli sistem yaradılacaq. Bu istiqamətdə işlər aparılır”. APA-nın məlumatına görə, bunu Müəllif Hüquqları Agentliyinin rəhbəri Kamran İmanov deyib.
K. İmanov Müəllif Hüquqları Agentliyinin Təhsil Nazirliyi ilə birlikdə açıq təhsil sistemi üzərində də iş aparıldığını bildirib. O, bunun sayəsində tələbələrin vacib elmi işlərdən bəhrələnə biləcəyini qeyd edib.