Bank Of Baku

Kəmaləddin Heydərov Yevlaxda vətəndaşları qəbul edəcək

Kəmaləddin Heydərov Yevlaxda vətəndaşları qəbul edəcək
# 20 avqust 2013 07:29 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, qəbulda yalnız Yevlax, Mingəçevir və Naftalan şəhərlərinin, Goranboy, Göyçay, Ucar, Zərdab, Kürdəmir və Ağdaş rayonlarının sakinləri, habelə həmin şəhər və rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

 

Qəbulda yalnız FHN-in fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

 

Qəbula gələn vətəndaşların qeydiyyatı Nazirliyin Aran Regional Mərkəzinin inzibati binasında (ünvan: Yevlax şəhəri, Bakı prospekti 30) 21 avqust 2013-cü il tarixində saat 14:00-dan başlayacaq.

 

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR