Bank Of Baku

Kənd təsərrüfatı naziri İsmət Abasov Ucarda vətəndaşları qəbul edib

Kənd təsərrüfatı naziri İsmət Abasov Ucarda vətəndaşları qəbul edib
# 17 may 2013 11:35 (UTC +04:00)

Ucar. Zahid Abışov - APA. Bu gün kənd təsərrüfatı naziri İsmət Abasov Ucarda vətəndaşları qəbul edib.

 

APA-nın yerli bürosunun məlumatına görə, görüşdə kənd təsərrüfatı naziri ilə birlikdə nazirliyin idarə və təşkilatlarının, tabeli qurumlarının rəhbərləri iştirak edib.

 

Nazir əvvəlcə “Aqrolizinq” ASC-nin Ucar rayonlararası təchizat bazasındakı texnikalara baxış keçirib. Daha sonra o, Ucar, Kürdəmir, Zərdab, Ağdaş və Göyçay rayonlarının sakinləri ilə görüşüb.

 

Görüş iştirakçıları kənd təsərrüfatı məhsulları istehsalının ayrı-ayrı sahələrində qarşıya çıxan problemlərin bütün fermerlərin ortaq problemi olduğunu qeyd edərək, bunların həlli ilə bağlı köməklik göstərilməsini nazirdən xahiş ediblər. Bunlar subsidiyaların birləşdirilərək ildə bir dəfə verilməsi, süni mayalanma ilə alınan buzov və balaqlara subsidiyaların verilməsi, taxıl biçini  zamanı biçinə gec başlayan rayonların kombaynların hesabına taxıl biçininin təşkili, kənd təsərrüfatı işçiləri üçün Sahibkarlara Kömək Milli Fondundan verilən kreditlərin şərtlərinin sadələşdirilməsi, mineral gübrələrin qiymətlərinin bir qədər də aşağı salınması, torpaqların şoranlaşmasının qarşısının alınması, kənd yerlərində Sudan İstifadə Edənlər Birliyinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görüləcək işlərin sürətləndirilməsinə köməklik göstərilməsidir.

 

Görüşdə bölgə rayonlarından olan 75 vətəndaşın müraciətinə baxılıb. Nazir hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun surətdə həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib, müraciətlərin bir hissəsi isə yerindəcə həllini tapıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR