Bank Of Baku

Kür çayında suyun səviyyəsi azalıb

Kür çayında suyun səviyyəsi azalıb
# 12 iyul 2013 13:52 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 40-80, Kiçik Qafqazın çaylarında 70-130, Lənkəran-Astara bölgəsi çaylarında 40-130, Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, son dörd gün ərzində Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 8 sm azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi 55 m3/s, ongünlük normanın 27 faizini təşkil edir.

 

Son dörd gün ərzində Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 114 m3/s olmaqla, ongünlük normanın 102 faizini təşkil edir.
 

Son dörd gün ərzində Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 13 sm, Şirvanda 27 sm, Salyanda 30 sm, Araz çayının Novruzlu məntəqəsində 10 sm azalma, Bankədə isə iyulun 12-də suyun səviyyəsində 12 sm artım qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR