Lənkəran. Ağəddin Babayev - APA. Oktyabrın 5-də Lənkəran Dövlət Universitetində (LDU) “Azərbaycanın təhsil siyasəti: nəticələr və qarşıda duran vəzifələr” mövzusunda respublika elmi-praktik konfransı keçirilib.
APA-nın cənub bürosunun məlumatına görə, Lənkəran Şəhər İcra Hakimiyyəti, LDU və AMEA Lənkəran Regional Elm Mərkəzinin birgə keçirdiyi konfransı universitetin rektoru, fizika-riyaziyyat elmləri doktoru, əməkdar elm xadimi, professor Asəf İsgəndərov açaraq konfransın məqsəd və vəzifələrindən danışıb.
Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri Şəhanə Əhmədova, Azərbaycan Müəllimlər İnstitutu Cəlilabad filialının direktoru Xudayar Sultanlı, Lənkəran Tibb kollecinin direktoru, tibb elmləri namizədi İqbal Əmənullayev, Lənkəran Dövlət Humanitar Kollecinin direktoru Şaban Şəfiyev, Astara Humanitar Kollecinin direktoru, fəlsəfə elmləri doktoru Əlihəsən Həmzəyev məruzə edərək Azərbaycanın təhsil siyasətindən, qazanılan uğurlardan, beynəlxalq təhsil sisteminə inteqrasiya istiqamətində görülən işlərdən və təhsil islahatları ilə bağlı qarşıda duran vəzifələrdən söz açıblar.
Məruzə və çıxışlarda Lənkəran Dövlət Universitetinin, cənub bölgəsində fəaliyyət göstərən digər təhsil müəssisələrinin öz işlərini geniş beynəlxalq təhsil və elm əlaqələri şəraitində gənc nəslin peşəkar mütəxəssis və vətənpərvər vətəndaş kimi tərbiyə olunması istiqamətində işlərin bundan sonra daha intensiv, daha keyfiyyətlə aparılacağı, yeni-yeni uğurların qazanılacağı qeyd olunub.
Konfransda ölkədə milli təhsil quruculuğu strategiyasının uğurla həyata keçirilməsində dövlət başçısının çoxcəhətli və yorulmaz fəaliyyəti yüksək qiymətləndirilib. Konfrans iştirakçıları Azərbaycanın milli maraqlarına və bəşəri inkişafına xidmət edən daxili və xarici siyasətdə tutduğu qətiyyətli mübarizədə dövlət başçısı ilə həmrəy olduqlarını, 9 oktyabr Prezident seçkilərində onu qətiyyətlə müdafiə edəcəklərini bildiriblər. Konfransda respublikamızın müxtəlif ali məktəblərinin, qonşu rayonların elm, təhsil müəssisələrinin və Lənkəran ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri Şəhanə Əhmədova, Azərbaycan Müəllimlər İnstitutu Cəlilabad filialının direktoru Xudayar Sultanlı, Lənkəran Tibb kollecinin direktoru, tibb elmləri namizədi İqbal Əmənullayev, Lənkəran Dövlət Humanitar Kollecinin direktoru Şaban Şəfiyev, Astara Humanitar Kollecinin direktoru, fəlsəfə elmləri namizədi Əlihəsən Həmzəyev məruzə edərək Azərbaycanın təhsil siyasətindən, qazanılan uğurlardan, beynəlxalq təhsil sisteminə inteqrasiya istiqamətində görülən işlərdən və təhsil islahatları ilə bağlı qarşıda duran vəzifələrdən danışıblar.