Bank Of Baku

Lənkəranda 24 mənzilli 3 mərtəbəli yeni yaşayış binasının açılışı olub - FOTO

Lənkəranda 24 mənzilli 3 mərtəbəli yeni yaşayış binasının açılışı olub - <span style="color: red;">FOTO
# 26 iyun 2013 10:59 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. İyunun 26-da – Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günündə Lənkəran şəhərində 24 mənzilli 3 mərtəbəli yeni yaşayış binasının təntənəli açılış mərasimi keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, yerli ictimaiyyət nümayəndələrinin qatıldığı tədbiri giriş sözü ilə açan Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov mərasim iştirakçılarını Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib.

 

İcra başçısı bildirib ki, şəhərin Heydər Əliyev prospektində yerləşən 16 mənzilli yaşayış binası 2011-ci ilin avqust ayında təbii fəlakət nəticəsində qəza vəziyyətinə düşdüyündən sakinləri müvəqqəti olaraq digər yaşayış yerlərinə köçürülmüşdü. Ölkə başçısının tapşırığı ilə 2012-ci ilin may ayında həmin binanın sakinləri üçün yeni 3 mərtəbəli 24 mənzilli yaşayış binasının bünövrəsi qoyulub. Ötən bir il ərzində binanın tikintisi yüksək səviyyədə başa çatdırılıb. 24 mənzildən ibarət olan binanın sakinləri üçün burada bütün kommunal xidmətlər, o cümlədən qaz, elektrik enerjisi, istilik sistemi quraşdırılıb.

 

Ayrı-ayrı sakinlər çıxışlarında göstərdiyi diqqət və qayğıya görə Azərbaycan prezidenti İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

 

Binanın sakinlərinə mənzillərin açarları təqdim olunduqdan sonra rəmzi qırmızı lent kəsilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR