APA-nın cənub bürosunun məlumatına görə, Lənkəran Şəhər İcra Hakimiyyəti Aparatının rəsmiləri, müharibə veteranları, arxa cəbhə iştirakçıları, hüquq-mühafizə orqanlarının rəhbərləri əvvəlcə şəhərin mərkəzində ucaldılmış Naməlum Əsgərin abidəsi önünə əklil və gül dəstələri qoyublar.
Daha sonra iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun abidəsi önündə ümumrayon tədbiri keçirilib. Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının aktyorlarının ifasında nümayiş etdirilən ədəbi-bədii kompozisiya iştirakçılarda xoş hisslər oyadıb. Tədbirdə həmçinin məktəblilər qəhrəmanlıq, ana, Vətən mövzusunda şerlər söyləyiblər.
Bayram şənliyi Veteranlar klubunda ziyafət stolu arxasında davam etdirilib. Tədbirdə bir qrup Əfqanıstan müharibəsi veteranına “Əfqanıstanda döyüş əməliyyatlarının bitməsinin 25 illik xatirəsinə” medalı təqdim olunub.