Bank Of Baku

Lənkəranda Yaponiya hökumətinin maliyyə dəstəyi ilə tikilən tibb məntəqəsinin açılışı olub - FOTOSESSİYA

Lənkəranda Yaponiya hökumətinin maliyyə dəstəyi ilə tikilən tibb məntəqəsinin açılışı olub  - <span style="color: red;">FOTOSESSİYA
# 19 iyul 2013 13:25 (UTC +04:00)

APA-nın Cənub bürosunun məlumatına görə, bu münasibətlə keçirilən mərasimi giriş sözü ilə açan Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının (ADTGT) sədri Asif Əsgərli Lənkəranın ucqar yaşayış məntəqəsində modern tibbi avadanlıqlarla təchiz olunmuş müasir tipli  səhiyyə obyektinin Yaponiya-Azərbaycan siyasi, iqtisadi, humanitar-mədəni və sosial infrastruktur əməkdaşlığı sayəsində ərsəyə gəldiyini bildirib. Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Dadaşov respublikada, o cümlədən Lənkəranda Yaponiya səfirliyinin dəstəyi ilə həyata keçirilən təhsil, səhiyyə, sosial infrastruktur layihələrə görə rayon rəhbərliyi adından təşəkkür edib.

 

Tədbirdə çıxış edən Yaponiya səfirinin müşaviri Hideko Ono layihəni və onu icra edən ADTGT-nin qısa müddətli fəaliyyətini yüksək dəyərləndirərək, bu istiqamətdə işlərin bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırıb.

 

Ümumi məbləği 123,400 ABŞ dolları təşkil edən layihənin əsas məqsədi Zövlə ilə yanaşı daha üç qonşu kəndin sakinləri üçün tibb məntəqəsi tikməklə səhiyyə xidmətinin səviyyəsini yaxşılaşdırmaqdan ibarətdir. Layihədən faydalanacaq şəxslərin sayı 5800 nəfəri əhatə edir.

 

Açılışı bildirən rəmzi qırmızı lent kəsildikdən sonra tibb məntəqəsinə, otaqlara, avadanlıqlara və digər görülmüş işlərə baxış keçirilib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR