Bank Of Baku

Lerikdə Beynəlxalq Müəllimlər Günü qeyd olunub - FOTOSESSİYA

Lerikdə Beynəlxalq Müəllimlər Günü qeyd olunub - <span style="color: red;">FOTOSESSİYA
# 05 oktyabr 2013 09:58 (UTC +04:00)

Lerik. Ağəddin Babayev - APA. Lerikdə 5 oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş təntənəli bayram mərasimi keçirilib.

 

APA-nın cənub bürosunun məlumatına görə, tədbiri giriş sözü ilə açan Lerik Rayon Təhsil Şöbəsinin müdiri Balaşirin Nəsirov əlamətdar gün münasibətilə müəllimləri təbrik edərək, onlara xoş arzularını çatdırıb.

 

Şöbə müdiri ölkə başçısının diqqət və qayğısı sayəsində son illər rayonda 40-a yaxın yeni məktəbin tikildiyini, 23 məktəbin əsaslı təmir olunduğunu, bu təhsil ocaqlarının ən müasir avadanlıq və ləvazimatlarla, kompüterlərlə təchiz edilərək internetə qoşulduqlarını, təhsil sahəsində qazanılan uğurlardan ruhlanaraq  bu il 4 məzunun 600-dən yuxarı, 7 məzunun isə 500-dən çox bal toplayaraq, ali məktəblərə daxil olduğunu qeyd edib.

 

Bütün müəllimlərə fəaliyyətlərində uğurlar arzulayan Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov Azərbaycan prezidenti İlham Əliyevin 3 oktyabr 2013-cü il tarixli sərəncamı ilə şəhər 1 saylı texniki fənlər təmayüllü liseyinin müəllimi Dünyaxanım Qulu qızı Kərimovanın “Tərəqqi” medalı ilə təltif edilməsini təhsil işçilərinə göstərilən diqqət və qayğının bariz nümunəsi kimi dəyərləndirib.

 

Sonda təhsil sahəsində uzun müddət çalışmış, səmərəli pedaqoji fəaliyyətinə görə fərqlənmiş bir qrup müəllimə rayon icra hakimiyyətinin və rayon təhsil şöbəsinin fəxri fərmanları və qiymətli hədiyyələri təqdim olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR