Bank Of Baku

Lerikdə istehlakçıların hüquqlarının qorunmasına həsr olunan konfrans keçirilib - APA TV

Lerikdə istehlakçıların hüquqlarının qorunmasına həsr olunan konfrans keçirilib - <span style="color: red;">APA TV
# 12 iyul 2013 14:26 (UTC +04:00)

Lerik. Ağəddin Babayev - APA. Bu gün Azərbaycanın Lerik şəhərində İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə “Azərbaycanda istehlakçı hüquqları qorunur” mövzusunda konfrans keçirilib.

 

APA-nın cənub bürosunun məlumatına görə, yerli idarə və müəssisələrin, ictimai təşkilatların nümayəndələrinin və 250-dən çox istehlakçının qatıldığı tədbiri giriş sözü ilə  Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov açıb.

 

Konfransda çıxış edən Xidmətin rəis müavini Araz Əliyev Xidmət tərəfindən keyfiyyətsiz məhsulların satışının qarşısının alınması, istehlakçıların və sahibkarların maarifləndirilməsi həyata keçirilən inzibati və maarifləndirmə tədbirləri barədə məlumat verib. Bildirilib ki, bu ilin beş ayı ərzində həyata keçirilmiş nəzarət tədbirləri zamanı mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 23,2 ton müxtəlif növ ərzaq mallarının satışdan çıxarılaraq məhv edilib.

 

A.Əliyev istehlak bazarının keyfiyyətsiz mal və xidmətlərdən qorunmasında inzibati tədbirlərlə yanaşı, maarifləndirmə tədbirlərinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Qeyd olunub ki, 2013-cü ilin ötən dövrü ərzində istehlakçıların maarifləndirilməsi məqsədilə 15 adda 37 mindən çox buklet, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair 6 adda 1 200 yaddaş kitabçası paylanılıb. Hazırda KİV ilə istehlakçıların maarifləndirilməsi istiqamətində əməkdaşlıq edilir, müxtəlif maarifləndirici materiallar dərc edilir, birgə televiziya verilişləri hazırlanır.

 

Tədbirdə həmçinin xidmət qaydalarının tələblərinə əməl olunması və xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən maarifləndirici tədbirlər barədə məlumat verilib.

 

Konfransda Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin əməkdaşları “İstehlakçı hüquqlarının müdafiəsi ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr”, “Hər bir istehlakçı öz hüquqlarını bilməlidir”, “Ərzaq malları alarkən nələrə diqqət yetirməli” mövzularında məruzələrlə çıxış edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR