Bank Of Baku

Magistraturaların boş qalan plan yerlərinə sənəd qəbulu davam edir

Magistraturaların boş qalan plan yerlərinə sənəd qəbulu davam edir
# 13 avqust 2013 12:26 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası  (TQDK) tərəfindən ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə sənəd qəbulu davam edir.

 

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hazırda ali təhsil müəssisəsinin boş qalan plan yerlərinə keçirilən müsabiqədə 1304 nəfər sənəd verib. 

 

Qeyd edək ki, 2013/2014-cü tədris ili üzrə Azərbaycanda ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul 60 proqram üzrə aparılıb və 6794 plan yeri ayrılıb. Bu il magistraturalara qəbul olmuş 5765 bakalavrın 85,74 faizi, yəni 4943-ü qeydiyyatdan keçib. Qəbul imtahanlarının nəticələrinə əsasən 1851 plan yeri boş qalıb. Müsabiqəyə sənəd qəbulu 14 avqust saat 09.00-da bitəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR