Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Avqustun 21-də Abşeron rayonu və paytaxtın Binəqədi rayonuna içməli suyun verilməsində məhdudiyyətlər yaranacaq.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, Ceyranbatan-Binəqədi magistral su xəttində planlaşdırılan təmir-bərpa işləri ilə əlaqədar avqustun 21-də Masazır qəsəbəsinin və Binəqədi kəndinin bir hissəsinin içməli su təchizatında məhdudiyyətlər yaranacaq.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.