Bank Of Baku

Mikayıl Cabbarov: Gələn il Azərbaycanda peşə təhsilinə maraq builkindən daha çox olacaq

Mikayıl Cabbarov: Gələn il Azərbaycanda peşə təhsilinə maraq builkindən daha çox olacaq
# 02 oktyabr 2013 09:48 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Gələn il Azərbaycanda peşə təhsilinə maraq builkindən daha çox olacaq.

 

APA-nın xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında bildirib.

 

Onun sözlərinə görə, hazırda peşə təhsili sahəsinin canlandırılması üçün bir sıra layihələr həyata keçirilir. “Müasir Azərbaycan Peşəkarları” adı altında belə layihələrin həyata keçirildiyini deyən nazir qeyd edib ki, Azərbaycan iqtisadiyyatının artmasını nəzərə alaraq müxtəlif sahələrdə yüksək səviyyəli peşəkarlara ehtiyac var: “Hesab edirəm ki, bütün bu faktorlar peşə təhsilinin inkişafına öz təsirini göstərəcək və növbəti illərdə biz peşə təhsili məktəblərinə marağın artmasının şahidi olacağıq. Bütün bunlara baxmayaraq, bu il də peşə təhsili müəssisələrinə qəbul tam normal şəkildə həyata keçirilir və bu sahədə hər hansı problemlər yaşanmır. Şagirdlər tərəfindən kifayət qədər müraciətlər olunur və onun nəticəsində hazırkı proses normal şəkildə həyata keçirilir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR