İyulun 19-da Nyu-Yorkda BMT Baş Məclisinin xüsusi sessiyası keçiriləcək.
Sessiyada Milli Məclisin deputatı Məlahət İbrahimqızı iştirak edəcək.
MM-dən APA-ya verilən məlumata görə, tədbirdə bir sıra ölkələrin, ö cümlədən Azərbaycan Hökumətinin davamlı inkişaf məqsədlərinin həyata keçirilməsi ilə bağlı hesabatı dinləniləcək, bu barədə müzakirələr aparılacaq.
Səfər iyulun 22-də başa çatacaq.