Bərdə. Teymur Zahidoğlu - APA. Akademik Zərifə Əliyevanın adını daşıyan Milli Oftalmologiya Mərkəzinin həkimləri görkəmli alimin anadan olmasının 90 illik yubileyi münasibətilə Bərdə rayonunda olublar.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, mütəxəssislər rayonda göz xəstəliyindən əziyyət çəkənləri pulsuz müayinə ediblər.
Tədbir çərçivəsində ümumilikdə 500-dən çox rayon sakininin müayinəsi nəzərdə tutulub. Z.Əliyeva adına Milli Oftalmoloji Mərkəzin baş həkimi Rasim Quliyevin sözlərinə görə, 30 nəfər rayon sakini mərkəzin səyyar klinikasında mirvari suyu göz xəstəliyinə qarşı cərrahi əməliyyat olunacaq: “Burada xəstəliyinin müalicəsi mümkün olmayan xəstələr isə göndərişlə Bakı şəhərinə göndəriləcək”.