Bakı. Könül Kamilqızı - APA. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı 2013/2014-cü tədris ili üzrə (bakalavr səviyyəsi, rus bölməsi) tələbə qəbulu elan edir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, tələbə qəbulu Filologiya – 25 yer, Tətbiqi riyaziyyat – 25 yer, Kimya – 25 yer, Psixologiya – 25 yer, İqtisadiyyat – 25 yer uğrunda aparılacaq.
Azərbaycan vətəndaşları üçün təhsil ödənişsizdir. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin yaratdığı Qəbul komissiyası tərəfindən aparılan qəbul imtahanlarında yalnız TQDK-nın keçirdiyi test imtahanlarında 300 və daha artıq bal toplayan abituriyentlər iştirak edə bilərlər. Müsabiqə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin yaratdığı Qəbul komissiyasının keçirdiyi imtahanların nəticələri əsasında aparılacaq. Qəbul imtahanlarında iştirak etmək istəyənlər universitetin qəbul komissiyasına müvafiq sənədləri təqdim etməlidirlər. MDU-nun Bakı filialına sınaqlardan keçməyən abituriyentlər heç bir məhdudiyyət qoyulmadan TQDK tərəfindən digər ali təhsil müəssisələrinə keçirilən müsabiqədə iştirak edə bilərlər.
Filialın tədris fəaliyyəti M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tədris plan və proqramları əsasında həyata keçirilir. Tədris əsasən M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin professor-müəllim heyəti tərəfindən həyata keçirilir. Filialın məzunlarına M.V.Lomonosov adına