Bank Of Baku

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başa çatıb

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başa çatıb
# 19 avqust 2013 10:45 (UTC +04:00)

Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müəllimlərin işə qəbulu üzrə imtahanların nəticəsinə görə 1597 nəfər müsahibə mərhələsinə buraxılıb. 12-16 avqust 2013-cü il tarixlərində keçirilən müsahibənin nəticəsinə əsasən 1245 müəllim işə qəbul olunub.

 

Bu gün saat 10:00-dan müəllimlərin işə qəbulu üzrə imtahanların və müsahibənin nəticələrinə görə boş qalan vakant yerlərə əlavə yerləşdirmə üçün ərizə qəbuluna başlanılıb. Vakant yerlərin seçim prosesi  avqustun 21-də, saat 18:00-da başa çatdırılacaq.

 

Əlavə yerləşdirmədə iştirak etmək üçün keçid balını toplayan, lakin işə qəbul olunmayan namizədlər şəxsi səhifələrinə daxil olmaqla boş qalan yerlər haqqında məlumatla tanış ola, ixtisası üzrə ən çoxu 4 vakant yer seçə və seçimlərini təsdiqləyə bilərlər.

 

Əlavə yerləşdirmənin nəticələri haqqında müvafiq məlumat avqustun 21-də, saat 19:00-da dərhal namizədlərin şəxsi səhifələrinə göndəriləcək. Əlavə yerləşdirmə nəticəsində vakant yerləri tutanlar üçün avqustun 23-də müsahibə keçiriləcək.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR