Bank Of Baku

Nabranda iki ayağını itirmiş İmran Cəfərov Almaniyaya müalicəyə göndərilib - FOTOSESSİYA - VİDEO

Nabranda iki ayağını itirmiş İmran Cəfərov Almaniyaya müalicəyə göndərilib - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 26 iyul 2013 03:19 (UTC +04:00)

APA-nın verdiyi xəbərə görə,  Almaniyadan gələn xüsusi ambulans təyyarə və həkim heyəti İmran Cəfərovu Berlinə aparıb. Qeyd edək ki, İ.Cəfərovun müalicəsi ilə bağlı Berlində Almaniyanın tanınmış həkimlərinin iştirakı ilə konsilium keçirilib və müalicənin “Charite” klinikasında təşkilinə qərar verilib.

 

Almaniyalı həkimlərin ilkin rəyinə görə, müalicənin birinci mərhələsi 28 gün davam edəcək, bu müddətdə 2-3 ilkin əməliyyat keçiriləcək.

 

Xəbər verildiyi kimi, prezident İlham Əliyevin tapşırığı ilə bu il iyulun 21-də Nabrandakı istirahət mərkəzlərinin birində hər iki ayağını itirmiş iki yaşlı İmran Cəfərovun müalicə xərcləri dövlət hesabına ödəniləcək.

 

Məlumata görə, artıq İ. Cəfərovun ailəsinin indiyə qədər çəkdiyi xərclər dövlət tərəfindən onlara ödənilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR