Bakı-APA. Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov yanvarın 29-da saat 11:00-da Saatlı şəhərində yerləşən Gənclər Mərkəzində Saatlı, Sabirabad, Hacıqabul və Şirvan rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected] və [email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətt”i, həmçinin Sabiarabad Meşə Mühafizəsi və Bərpası Müəssisəsi ilə əlaqə saxlamaları (ünvan: Sabirabad şəhəri Vidadi küçəsi 3, əlaqə telefonları: 021-23-5-69-25, 050-437-81-66, 055-443-58-86) xahiş olunur.