Bank Of Baku

Nazirlər Kabineti yanında Terminologiya Komissiyası terminləri anlaşılmaz olan dərslikləri müzakirə edəcək

Nazirlər Kabineti yanında Terminologiya Komissiyası terminləri anlaşılmaz olan dərslikləri müzakirə edəcək
# 08 fevral 2013 10:07 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva - APA. Nazirlər Kabineti yanında Terminologiya Komissiyası terminləri anlaşılmaz olan dərslikləri müzakirə edəcək.

 

APA-nın xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, Terminologiya Komissiyasının sədri Mahmud Kərimov bildirib.

 

Onun sözlərinə görə, terminlər daha çox orta məktəblərin “İnformatika” dərsliklərində xarici dildə verilir. Buna görə də ilk növbədə həmin dərslik müzakirə ediləcək: “Terminlərin Azərbaycan dilində işlədilməsi Komissiyanın əsas vəzifəsi olacaq. Başqa dərsliklərdə də belə problemlər var. İqtisadiyyat, beynəlxalq hüquq, dəqiq elmlər üzrə çap edilən dərsliklərdə də bu problemlər mövcuddur”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR