Bakı. Könül Kamilqızı – APA. “Müəllimlərin əməkhaqqı dərs dediyi şagirdlərin sayına görə deyil, həftəlik dərs yükünün miqdarına görə hesablanır”.
Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən ümumtəhsil məktəblərində siniflər şagirdlərin sayı 20 nəfər olmaqla müəyyən edilir: “Zəruri hallarda siniflər şagirdlərin sayı 20 nəfərdən az olmaqla müəyyən edilə bilər. Mövcud qaydalara görə, eyni bir sinifdə şagirdlərin sayı 30 nəfərdən çox olduqda və ya şagirdlərin bir sinifdə tədrisinə sinif otağının ölçüsü imkan vermədikdə həmin sinif üzrə ikinci paralel sinif təşkil olunur. Hər hansı bir sinfin göstərilən şagird sayından artıq sayda komplektləşdirilməsi düzgün deyildir. Bəzən siniflərin normativdən artıq sayda komplektləşdirilməsi məktəbdə sinif otaqlarının çatışmazlığı səbəbindən baş verir”.