Bank Of Baku

Nəqliyyat naziri Göyçayda vətəndaşlarla görüşüb - APA TV

Nəqliyyat naziri Göyçayda vətəndaşlarla görüşüb - <span style="color: red;">APA TV
# 17 may 2013 16:10 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov - APA. Nəqliyyat naziri Ziya Məmmədov Göyçay rayonunda vətəndaşların qəbulunu həyata keçirib.

 

APA-nın məlumatına görə nazir Göyçay, Ucar, Ağdaş, Şamaxı, Qobustan, Kürdəmir, Zərdab, Ağsu, Ağcabədi və Laçın rayonlarından olan 30-dan artıq vətəndaşı qəbul edərək onların şikayət və təklifləri ilə tanış olub.  

 

Z. Məmmədov vətəndaşların səsləndirdiyi müraciət və şikayətlərlə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə müəyyən göstəriş və tapşırıqlar verib. Vətəndaşların müraciətləri əsasən rayonlararası və kənddaxili yollarının bərpası, dağ çayları üzərində körpülərin salınması, işlə təmin olunmaq və digər məsələlərlə bağlı olub.

 

Qəbul zamanı vətəndaşları narahat edən bəzi məsələlər yerindəcə həllini tapıb, aidiyyəti üzrə olmayan digər müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR