Bank Of Baku

Nəqliyyat naziri Qazaxda vətəndaşları qəbul edib - VİDEO

Nəqliyyat naziri Qazaxda vətəndaşları qəbul edib - <span style="color: red;">VİDEO
# 12 iyul 2013 18:22 (UTC +04:00)

Qazax. Azər Məmmədli – APA. Nəqliyyat naziri Ziya Məmmədov Qazaxda vətəndaşları qəbul edib. APA-nın qərb bürosunun verdiyi məlumata görə naziri Ziya Məmmədov Qazaxda vətəndaşları qəbul edərək onları şikayətlərini dinləyib. Qəbulda Qazaxla yanaşı Gədəbəy, Daşkəsən, Şəmkir, Tovuz və Ağstafa rayonundan olan vətəndaşlar iştirak edib. Vətəndaşların qəbulu zamanı daha çox kənd yollarının yenidən qurulması, magistral yolların çəkilişi zamanı kənd yollarının yararsız hala düşməsi, eləcə də bəzi ucqar kəndləri rayon mərkəzilə birləşdirən ucan körpülərin yenidən salınması və işə qəbulla bağlı müraciət edilib. Vətəndaşların qaldırdığı bəzi məsələlər elə yerindəcə həllini tapıb. Kənd yollarının abadlaşdırılması məsələsinə münasibət bildirən nazir bu istiqamətdə işlərin bundan sonra daha sürətlə aparılacağını bildirib. Digər məsələlərin həlli üçün aidiyyatı qurumların rəhbərlərinə tapşırıqlar verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR