GÜNÜN ŞƏRHİ
Cəmiyyət olaraq çimərlik mövsümünə hazır deyilik. Mövsümə hazırlıq təkcə çimərlik geyimləri almaq demək deyil. İstirahət, üstəlik dəniz kənarında istirahət özü bir mədəniyyətdir. Təəssüf ki, min illərdir Xəzər sahilində yaşasaq da, hələ də dənizlə rəftarımızı qura bilməmişik. Elə buna görə Xəzər hər il onlarla insanı öz qoynuna çəkir, neçə-neçə ailəni gözüyaşlı qoyur. Hər gün səhəri “dənizdə batdı”, “suda boğuldu”, “meyiti sudan çıxarıldı” sonluqla ilə bitən xəbərlərlə başlamaq çox ağırdır. Bu ölüm faktları təkcə insan faciəsi deyil, həm də cəmiyyətin faciəsidir. Mediada aparılan maarifləndirmə işlərinə rəğmən insanların hələ də qadağan olunmuş, nəzarət edilməyən ərazilərdə dənizə girməsi gerçəkdən faciədir. Dalğalı havada, yaxud içkili vəziyyətdə dənizə girmək kimi. Suda boğulma hallarının səbəblərini araşdırdıqda çox sosial məqamlar üzə çıxa bilər. Sahil zolağının çəpərlənməsi, çimərliklərdə pullu xidmətin təşkili, xalq çimərliklərinin olmaması və sair. Buraya inamlardan irəli gələn tale, qismət, qəzavü-qədər kimi anlayışları da əlavə etmək olar. Amma yenə də dənizdə baş verən faciəvi hadisələrdə əsas amil insan faktorudur. Yol qəzalarında olduğu kimi. Görünür doğrudan da, biz cəmiyyət olaraq çox şeyə hazır deyilik...
Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 6 Avqust
06 avqust 2015 17:13 (UTC +04:00)
Sosial
TƏBİB-in tətbiq etdiyi cərimələrdən toplanan vəsaitdən istifadə qaydası təsdiqlənib
18:42
22 may 2024
İyunun 2-də I və IV qruplar üçün qəbul imtahanları keçiriləcək
16:29
22 may 2024
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhidin qalıqları Tərtərdə dəfn olunub - FOTO
16:05
22 may 2024
30 il sonra kimliyi müəyyən edilən şəhidin qalıqları Sabirabadda dəfn olunub - FOTO
15:56
22 may 2024