GÜNÜN ŞƏRHİ
Dünyanın bütün bazarları bir-bir Çin kapitalı və Çin mallarının qarşısında çökür. Gizli iqtisadi müharibələrdən qalib çıxmağa vərdiş etmiş Çin hazırda ABŞ əmtəə bazarında hökmranlıq edir. Avropa Birliyinin bəzi özünümüdafiə qaydaları Çinin bu zonada iqtisadi dayaqlarını möhkəmləndirməyi ləngitsə də, Köhnə Dünya da sonda müqaviməti dayandırmağa məcbur qalır. Çünki iqtisadi böhranın indiki mərhələsi kapitalın Cənub-Şərqi Asiya regionundan geriyə - Qərb bazarlarına dönməsini şərtləndirir. Və Qərb bazarlarına geri qayıdan təkcə Çin bazarına kapital yatıran qərblilər deyil, həm də çinli sərmayədarlardır. Çin sərmayəsinin Avropaya axmasının əsas səbəblərindən biri Köhnə Dünyanın iqtisadiyyatında bərpa prosesinin başlamasıdır. Bu isə əlindəki külli miqdarda vəsaiti yatırmağa bazar axtaran Səudiyyə Ərəbistanı və Çin kimi ölkələr üçün əlverişlidir. Pekinin Londonla bağladığı müqavilələrin dəyərinin on milyardlarla dollar olduğunu nəzərə alsaq, o zaman Çinin Avropa bazarı ilə bağlı planlarının nə qədər uzaqgörən və uzunmüddətli olduğunu söyləmək artıq olar.
Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 22 Oktyabr
22 oktyabr 2015 17:11 (UTC +04:00)
Sosial
Bakının 550 küçəsi yuyulub
17:40
22 iyun 2024
FHN-in Şimal-qərb Regional Mərkəzi oteldə təlim keçirib - VİDEO
14:27
22 iyun 2024
Nəsimi rayonunda ağacların qeyri-qanuni məhvi İlə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət edilib
14:17
22 iyun 2024
Təkrar sertifikatlaşdırılma ilə bağlı apellyasiya müraciətləri barədə məlumat müəllimlərin şəxsi kabinetlərinə göndərilib
13:40
22 iyun 2024