Çinin öz milli valyutasının devalvasiya etməsinə səbəb təkcə iqtisadi amillər deyil. Pekin uzun illərdir yuanın dünyanın ən dönərli 5 valyutası sırasına daxil etmək üçün Beynəlxalq Valyuta Fondu ilə danışıqlar aparır. Fond isə yuanın kursunun daim sabit qalmasını bəhanə gətirərək rəsmi Pekinin xahişini rədd edirdi. Ta ki, Çində ilk devalvasiya baş verənə qədər. Çinlilər yuanı devalvasiya etməklə Beynəlxalq Valyuta Fondunun bəhanəsini əlindən aldılar və nəticədə Fond Çin yuanını 5 valyutanın daxil olduğu səbətə daxil etdi. Qərar gələn ilin oktyabrından qüvvəyə minəcək, bu dövrə qədər isə Çin yuanın kursunun dövlət tərəfindən deyil, bazarın diktəsi ilə tənzimləndiyini isbat etməli olacaq. Bu səbəbdən Pekin hələ bir neçə dəfə yumşaq devalvasiyaya əl atacaq. Məsələ bunda deyil, məsələ yuanın devalvasiyasının Cənub-Şərqi Asiya regionuna və Çinlə sıx iqtisadi əlaqələri olan postsovet məkanı ölkələrinə mənfi təsirindədir. Artıq üçüncü dəfədir ki, Çində devalvasiya domino prinsipi ilə Qazaxıstan və Rusiyanın milli valyutalarını çökdürür. Çinlə həmsərhəd olan ölkələr də analoji prosesi yaşayırlar. Yuanın dollara məğlub olması digər valyutaların da dollar qarşısında müqavimətini azaldır. Buna görə də yuanın kursu hələlik dünya iqtisadiyyatının durumunu dəyərləndirmək üçün əsas indikatorlardan biri olaraq qalır.
Vüqar MƏSİMOĞLU
Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 14 Dekabr
14 dekabr 2015 17:10 (UTC +04:00)
Sosial
İyunun 2-də I və IV qruplar üçün qəbul imtahanları keçiriləcək
16:29
22 may 2024
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhidin qalıqları Tərtərdə dəfn olunub - FOTO
16:05
22 may 2024
30 il sonra kimliyi müəyyən edilən şəhidin qalıqları Sabirabadda dəfn olunub - FOTO
15:56
22 may 2024
Birinci Qarabağ müharibəsində itkin düşən şəhid Elbrus İsaqovun qalıqları Biləsuvarda dəfn olunub - FOTO
15:40
22 may 2024