Bank Of Baku

Ombudsman Aparatının rəhbəri Kanadanın Türkiyə və Azərbaycanda akkreditə olunmuş səfirliyinin nümayəndəsini qəbul edib

# 19 iyul 2013 16:17 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatında Kanadanın Türkiyədə və Azərbaycanda akkreditə olunmuş səfirliyinin ikinci katibi xanım Kristin Giybo qəbul edilib. APA-nın məlumatına görə, Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı qonağı salamlayıb. K.Giybo görüşün əsas məqsədinin Ombudsman təsisatının insan hüquqları  sahəsində fəaliyyətini öyrənməkdən ibarət olduğunu söyləyib,  Müvəkkilin  mandatı və ona verilmiş səlahiyyətlərlə maraqlandığını vurğulayıb. 

Aparatın rəhbəri qonağa  Ombudsman təsisatın yaranma tarixi, Müvəkkilin mandatı, əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsi üzrə çoxşaxəli  fəaliyyəti barədə məlumat verib. O, Milli Preventiv Mexanizm (MPM) funksiyalarının yerinə yetirilməsi ilə bağlı Ombudsmanın səlahiyyətlərinin artırılmasına dair “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununa dəyişikliklər edildiyini bildirib. O, bu qanunla Müvəkkilə «İnformasiya əldə etmək haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinin icrasına nəzarətin həyata keçirilməsi funksiyasının da həvalə edildiyini söyləyib.
 
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR