Bakı. Gülnar Bəşirova - APA. İnsan Hüquqları üzrə müvəkkil (Ombudsman) Elmira Süleymanova Finlandiyanın Azərbaycan, Gürcüstan və Ermənistana akkreditə olunmuş səyyar səfiri Krister Mikelssonu qəbul edib.
Ombudsman Aparatından APA-ya verilən məlumata görə, görüşdə Ombudsman təsisatı ilə Finlandiya arasında insan hüquqlarının müdafiəsi sahəsində gələcək fəaliyyətin prioritet məsələləri barəsində fikir mübadiləsi aparılıb.
Görüşün sonunda müvəkkil qonağın suallarını cavablandırıb.