Bakı – APA. Ombudsmanın Quba Regional Mərkəzinin əməkdaşları Şabran Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə baş çəkiblər. Ombudsman Aparatından APA-ya verilən xəbərə görə, şübhəli şəxs qismində saxlanılan şəxslərlə söhbət aparılıb, saxlanma şəraiti və onlara qarşı rəftar araşdırılıb, həmin şəxslərə hüquqları izah edilib. Başçəkmə zamanı qanun pozuntuları müşahidə olunmayıb.