Bakı. Gülnar Bəşirova - APA. Ombudsmanın Quba Regional Mərkəzinin əməkdaşları 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar yerli QHT nümayəndələrinin və rayon gənclərinin iştirakı ilə Quba şəhərində, habelə rayonun Qəçrəş kənd orta məktəbində müəllim və şagirdlərin iştirakı ilə tədbirlər keçirib.
Ombudsman Aparatının mətbuat xidmətindən APA – ya verilən məlumata görə, tədbirdə 20 Yanvar faciəsi ilə bağlı ətraflı məlumat verilib.
Quba Regional Mərkəzinin nümayəndəsi İnsan Hüquqları üzrə Müvəkkilin 1990-cı il 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar Bəyanat yaydığını iştirakçıların diqqətinə çatdırıb. Nüfuzlu beynəlxalq qurumlara ünvanlanmış həmin sənəddə dünya ictimaiyyəti və beynəlxalq qurumların Azərbaycanın haqlı tələblərini dəstəkləyəcəyinə, bu qanlı aksiyanın insanlıq əleyhinə cinayət kimi tezliklə beynəlxalq hüquqi qiymətini alacağına, cinayətkarların cəzasız qalmayacağına inam ifadə olunduğu bildirilib.