Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin baş idarəsində tərbiyə işinin təşkili sahəsində mövcud vəziyyət və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyevin sədrlik etdiyi müşavirədə xidmətin rəhbərliyi, tabe qurumların tərbiyə işləri üzrə rəis müavinləri, tərbiyə işinin təşkili şöbələrinin rəisləri və psixoloqlar iştirak ediblər.