Bank Of Baku

Polşa ordusunda qulluq etmiş azərbaycanlı polkovnik Vəli bəy Yadigarın qızı Züleyxa Yadigarla görüş keçirilib

Polşa ordusunda qulluq etmiş azərbaycanlı polkovnik Vəli bəy Yadigarın qızı Züleyxa Yadigarla görüş keçirilib
# 16 avqust 2013 15:08 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Avqustun 15-də Polşada bu ölkənin tarixində böyük iz qoymuş, 1924-1944-cü illərdə Polşa ordusunda qulluq etmiş azərbaycanlı polkovnik Vəli bəy Yadigarın qızı Züleyxa Yadigarla görüş keçirilib. Azərbaycanın Polşadakı səfirliyindən APA-ya verilən məlumata görə, görüş səfir Həsən Həsənovun təşəbbüsü ilə təşkil olunub.

 

Görüşdə Vəli bəy Yadigarın II Dünya Müharibəsində hərbi fəaliyyəti, müharibədən sonrakı dövrdə Argentinada yaşaması, onun həyatı ilə bağlı bir çox tarixi faktlardan söhbət açılıb. Səfir H. Həsənov xatırladıb ki, 2012-ci ilin dekabrın 17-də Dünya Azərbaycanlıların Həmrəylik Günü münasibətilə Polşanın Qrudzyondz şəhərində Vəli bəy Yadigarın vaxtilə təhsil aldığı və sonradan rəhbərlik etdiyi Ali Süvari Məktəbinin muzeyində xatirə guşəsi açılıb, məktəbin binasına isə xatirə lövhəsi vurulub. H. Həsənov səfirlik tərəfindən polyak dilində nəşr edilmiş Azərbaycan və Polşa haqqında müxtəlif mövzulu kitabları Z. Yadigara hədiyyə edib.

 

Z. Yadigar atasının xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən işlərə görə öz təşəkkürünü bildirib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR