Bank Of Baku

Qəbələdə “Abituriyentlərin imtahana psixoloji hazırlığı” mövzusunda seminar keçirilib

Qəbələdə “Abituriyentlərin imtahana psixoloji hazırlığı” mövzusunda seminar keçirilib
# 08 iyul 2013 12:26 (UTC +04:00)

Qəbələ. Elvin Yaqubov - APA. Bakı Ali Neft Məktəbi, Kipr Lefke Avrupa Universiteti, “Hədəf” Hazırlıq Kursları və Konsultasiya Mərkəzinin birgə təşkilatçılığı ilə Qəbələ Regional QHT-lərin Resurs və Təlim Mərkəzində “Abituriyentlərin imtahana psixoloji hazırlığı” adlı layihə çərçivəsində seminar keçirilib.

 

APA-nın məlumatına görə, tədbirdə 200-dən çox abituriyent və valideyn iştirak edib. Seminarda çıxış edən Qəbələ Regional QHT-lərin Resurs və Təlim Mərkəzinin direktoru Qalib Nəbiyev, “Hədəf” Hazırlıq Kurslarının baş direktoru, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq bildirib ki, bu tədbir uzun müddət gərgin hazırlıq mərhələsi keçən abituriyentlər və övladlarının həyəcanını yaşayan valideynlər üçün çox vacibdir. Cəmiyyətdə savadlı gənclərin yetişməsi və onların uğurlu karyeraya qədəm qoyması yalnız bilikdən yox, həm də psixoloji hazırlıqdan asılıdır: “Bəzən imtahanlara həddən artıq gərgin hazırlaşan abituriyentlərin imtahan vaxtı çətinə düşdüyünü, uğursuzluğunu eşidib təəccüblənirik. Hətta imtahandan sonra depressiyaya uğrayan gənclərimiz də olur. Biz çalışmalıyıq ki, bu cür halların qarşısını alaq, həyatda təzə-təzə formalaşmağa başlayan gənclərə ruh yüksəkliyi aşılamalı, pozitiv motivasiya verməliyik”.

 

Lefke Avropa Universitetinin Türk dili və Ədəbiyyatı bölümünün rəhbəri Nazim Muradov layihənin vacibliyini vurğulayaraq qeyd edib ki, gənclərin həyatdakı yeni mərhələyə uğurla qədəm qoyması üçün psixoloji hazırlıqları da önəm daşıyır və bu məsələdə valideynlər də övladlarına dəstək verməli, onların çox stress yaşamasına imkan verməməlidirlər. Seminarda “Özünə inam”, “İmtahana necə hazırlaşmalı”, “Doğru ixtisas seçimi: ixtisas və siz”, “Doğru, sürətli və etibarlı qərarlar qəbul etmə bacarığı” və “Valideyn abituriyentə necə dəstək verməlidir” mövzularında məruzələr dinlənilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR