Bank Of Baku

Qəbələnin Nic qəsəbəsində “Pasxa” bayramı qeyd edilib - FOTOSESSİYA - APA-TV

Qəbələnin Nic qəsəbəsində “Pasxa” bayramı qeyd edilib - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">APA-TV
# 06 may 2013 07:08 (UTC +04:00)

Qəbələ. Elvin Yaqubov - APA. Qəbələ rayonunun Nic qəsəbəsində yaşayan udinlər “Pasxa” bayramını qeyd ediblər. APA-nın məlumatına görə Nic qəsəbəsindəki Cotari alban kilsəsində təşkil olunan bayram mərasimində Alban-udin icmasının rəhbəri, kilsənin keşişi, və icmanın üzvləri çıxış edərək “Pasxa” bayramının mahiyyətindən, dini ayinlərin icrası üçün yaradılan şəraitdən, dövlətin diqqət və qayğısından danışıb, bayram münasibətilə insanları təbrik ediblər. Udinlər rayonda onlara qarşı heç bir ayrı-seçkiliyin olmadığını, Nic kilsəsinin əsaslı şəkildə bərpasını ölkədə tolerantlığa gözəl nümunə olduğunu qeyd ediblər. Kilsədə şamlar yandırılıb, dualar oxunub.

 

Qeyd edək ki, sovet dövründə udinlərə öz bayramlarını qeyd etmək qadağan olunub. Yalnız 2002-ci ildə əsaslı təmir və bərpa olunan “Cotari“ məbədi udinlərin istifadəsinə verilib. Nic qəsəbəsində 3 kilsə, iki məscid var. Hər məhəllədə müsəlman və xristianların ziyarət etdiyi 5-6 pir mövcuddur. Altı min əhalisi olan qəsəbədə 3700 udin yaşayır. Azərbaycanda isə 4000 udin yaşayır ki, onların 300-ü Oğuz və Bakıda qeydiyyatdadır. Dünyada yaşayan udinlərin sayı isə 10 minə yaxındır. Nicdəki məktəblərin ibtidai siniflərində udin dili tədris olunur, kilsədə dini ayinlər onların ana dilində icra edilir.

                                                         

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR