Bank Of Baku

Qənirə Paşayeva ön cəbhədə yerləşən kəndlərin vergilərdən tamamilə azad olunmasını təklif edib

Qənirə Paşayeva ön cəbhədə yerləşən kəndlərin vergilərdən tamamilə azad olunmasını təklif edib
# 16 may 2014 12:04 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Millət vəkili Qənirə Paşayeva ön cəbhədə yerləşən kəndlərin vergilərdən tamamilə azad olunmasını təklif edib.

 

APA-nın xəbərinə görə, parlamentin bugünkü iclasında millət vəkili Qənirə Paşayeva Vergilər Nazirliyinə bəzi təkliflərlə təqdim edib.

 

Deputat Ermənistanla ön cəbhədə yerləşən kəndlərdə işsizliklə bağlı problemlərin olduğunu və yeni iş yerlərinin açılmasına böyük ehtiyac olduğunu deyib: “Sərmayədarlar risk bölgəsi olduğu üçün burada iş qurmağa o qədər maraqlı deyillər. Ən azı kiçik sərmayələri bu əraziyə cəlb etmək, insanların iş yerləri yaratması üçün ön cəbhə kəndlərinə vergi güzəştlərinin, vergidən azad olunmanın tətbiqi olunması vacib addım olardı. Bu o kəndlərə böyük dəstək olmaqla bərabər, kiçik və orta sahibkarları bu kəndlərdə iş qurmağa təşviq edən önəmli addımlardan olardı”.

 

Qənirə Paşayeva bu məsələyə müsbət yanaşılacağına və öz həllini tapacağına inandığını deyib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR