Bank Of Baku

Respublikanın çaylarında suyun səviyyəsi azalıb

Respublikanın çaylarında suyun səviyyəsi azalıb
# 29 aprel 2013 13:42 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 40-150, Kiçik Qafqazın çaylarında 50-90, Lənkəran-Astara bölgəsi çaylarında 50, Naxçıvan MR çaylarında isə normanın 10 faizini təşkil edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, son üç gün ərzində Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi 287 m3/s olmaqla, ongünlük normanın 40 faizini təşkil edir. Son üç gün ərzində Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 10 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 123 m3/s olmaqla, ongünlük normanın 69 faizini təşkil edir.

 

Son üç gün ərzində Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsində 12 sm, Şirvanda 12 sm, Salyanda 12 sm, Bankədə 10 sm, Araz çayının Novruzlu məntəqəsində isə 5 sm azalma qeydə alınıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR