Bakı. Könül Kamilqızı – APA. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 40-140, Kiçik Qafqazın çaylarında 60-110, Lənkəran-Astara bölgəsi çaylarında 30-260, Naxçıvan MR çaylarında isə 30 faizini təşkil edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verdiyi məlumata görə, iyulun 8-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi 78,0 m3/s olmaqla ongünlük normanın 26 faizini təşkil edir. Son üç gün ərzində Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 124 m3/s olmaqla ongünlük normanın 85 faizini təşkil edir.
İyulun 8-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 9 sm, Şirvanda 5 sm, Araz çayının Novruzlu məntəqəsində 7 sm azalma, lakin Salyanda 10 sm, Bankədə isə 9 sm artım qeydə alınıb. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 368 sm, Şirvanda 232 sm, Salyanda 166 sm, Bankədə 228 sm, Araz çayının Novruzlu məntəqəsində isə 88 sm təşkil edir.