Bank Of Baku

Rezidenturaya hazırlaşan namizədlər üçün sınaq imtahanları keçiriləcək

Rezidenturaya hazırlaşan namizədlər üçün sınaq imtahanları keçiriləcək
# 14 avqust 2013 08:19 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) rezidenturaya hazırlaşan namizədlərə kömək məqsədilə avqustun 17-də baza fənləri, 18-də isə ixtisas fənləri üzrə sınaq imtahanları keçirəcək. APA-nın TQDK-nın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, imtahanda iştirak etmək istəyən namizədlər avqustun 6-dan 15-dək internet vasitəsilə qeydiyyatdan keçməlidirlər. 

 

Qeydiyyatdan keçmək üçün 2 ədəd TQDK-nın virtual ödəmə karti tələb olunur. Ödəmə kartlarını elektron xidmətlər portalında göstərilən internet ünvanlarından əldə etmək olar. Sınaq imtahanına yazılmaq üçün nəzərdə tutulan virtual ödəmə kartlarını SMS-lə əldə etmək istəyən namizədlər “Azercell”, “Baksell” və “Nar Mobile” nömrələrindən 7735 nömrəsinə SMS göndərməlidirlər. SMS-ə cavab olaraq abonentin telefonuna kartın seriya nömrəsi və Pin kodu göstərilən virtual ödəmə kartı daxil olacaq.

 

Sınaq imtahanları Bakı şəhərində keçiriləcək. Sınaq imtahanına gələrkən namizədlər şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsini özləri ilə gətirməlidirlər. Başqasının şəxsiyyət vəsiqəsi ilə yazılmış namizədlər imtahan binasına buraxılmayacaqlar.

 

Qeyd edək ki, mtahana mobil telefon, kalkulyator və digər köməkçi vasitələrin gətirilməsi qadağandır.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR