Bank Of Baku

Rusiyalı gənclər “İRƏLİ”nin nümayəndələri ilə görüşüb

Rusiyalı gənclər “İRƏLİ”nin nümayəndələri ilə görüşüb
# 27 iyul 2013 08:53 (UTC +04:00)

Bakı-APA. Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyevanın dəvəti ilə iyulun 23-dən 27-dək Rusiyanın bir qrup dövlət qulluqçuları, Uşaq və Gənclər Təşkilatları Milli Şurasının idarə heyətinin üzvləri, Gənclərin İctimai Palatası və ali məktəb tələbələrindən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdədir. APA-nın məlumatına görə, Azərbaycanda səfərdə olan nümayəndə heyəti 26 iyul tarixində “İRƏLİ” ictimai Birliyinin qonağı olub. Nümayəndə heyətini “İRƏLİ” İctimai Birliyinin sədri Rauf Mərdiyev, təşkilatın Nəzarət-Təftiş Komissiyasının sədri Xaqani Fərəcov qəbul edib.

 

Qonaqlar ilk olaraq “İRƏLİ” Gənclik Mərkəzi ilə tanış olub. Gənclərə təşkilatın məqsədi, strukturu, iş mexanizmi, layihələri barədə məlumat verilib və təşkilatın fəaliyyətini əks etdirən geniş təqdimat göstərilib.

 

Görüş zamanı qonaqlara Dövlət gənclər siyasəti, məqsəd və prinsipləri, istiqamətləri, istedadlı gənclərə dövlət qayğısı, gənclər sahəsində görülən işlər haqqında ətraflı məlumat verilib. Eyni zamanda gələcəkdə ortaq layihələrin həyata keçirilməsi və birgə əməkdaşlıq müzakirə olunub, qonaqları maraqlandıran suallar ətraflı cavablandırılıb.

 

Sonda xatirə şəkili çəkdirilib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR