Bakı. Rəşad Süleymanov – APA. Rusiyanın bir qrup dövlət qulluqçusu, Usaq və Gənclər Təşkilatları Milli Şurasının idarə heyətinin üzvləri, Gənclərin İctimai Palatası və ali məktəb tələbələrindən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdədir. Bu barədə APA-ya Gənclər və İdman Nazirliyindən məlumat verilib.
Nümayəndə heyəti Azərbaycana Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyevanın dəvəti ilə gəliblər.
Səfər çərçivəsində nümayəndə heyətinin bir sıra dövlət və qeyri-hökumət təşkilatlarında görüşləri nəzərdə tutulub.