Lakin səhər saatlarında yarımadanın bəzi yerlərində az çiskin olacağı ehtimalı var. Cənub küləyi əsəcək.
Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib. O bildirib ki, havanın temperaturu gecə 9-13, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında isə oktyabrın 11-də hava əsasən yağmursuz keçəcək, lakin gecə və səhər bəzi Şərq rayonlarında az yağıs yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Aran rayonlarında havanın temperaturu gecə 6-11, gündüz 20-25 dərəcə, dağlarda gecə 1-6, gündüz 10-15, bəzi yerlərdə 18 dərəcə isti olacaq.