Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında deyib ki, havanın temperaturu gecə 2-5 dərəcə isti, gündüz 7-10 dərəcə isti olacaq.
Fevralın 12-də Azərbaycanın rayonlarında hava gün ərzində əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq rayonlarında havanın çiskinli olması ehtimalı var. Mülayim-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə isti, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.