Bank Of Baku

Sabah Bakıda yağış gözlənilir - VİDEO

Sabah Bakıda yağış gözlənilir - <span style="color: red;">VİDEO
# 26 iyul 2013 09:40 (UTC +04:00)

Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, iyulun 27-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.


Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək. Temperatur gecə 19-24 dərəcə, gündüz 28-33 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarına gəlincə, iyulun 27-də bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək. Temperatur Aran rayonlarında gecə 19-24 dərəcə, gündüz 30-35 dərəcə, dağlarda gecə 10-15, gündüz 18-23 dərəcə isti olacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR