Bakı-APA. Dövlət Sosial Müdafiə Fondunun inzibati binasında sabah saat 11:00-da sığortaolunanlara məktubların çapı və göndərilməsi ilə bağlı tətbiq olunacaq xüsusi avtomatlaşdırılmış idarəetmə sisteminin təqdimatı olacaq. DSMF-nin İctimaiyyətlə əlaqə sektorundan APA-ya bildiriblər ki, bununla da çap mərkəzi vasitəsilə sığortaolunanlara fərdi hesablarındakı pensiya kapitalı barədə xüsusi məktublar göndəriləcək.
Qeyd edək ki, fərdi uçot sistemində hazırda 2 milyon 500 mindən artıq sığortaolunan qeydiyyatdadır.