Bank Of Baku

Sabah Yasamal rayonunda bəzi ərazilərə içməli su məhdudiyyətlərlə veriləcək

Sabah Yasamal rayonunda bəzi ərazilərə içməli su məhdudiyyətlərlə veriləcək
# 07 fevral 2013 16:41 (UTC +04:00)

 

Bakı-APA. İstehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində yeni çəkilmiş 500 mm diametrli magistral su xətti şəbəkəyə qoşulacaq.   “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bununla əlaqədar fevralın 8-də gün ərzində Bakı şəhəri Yasamal rayonu İ. Qutqaşınlı, M.Müşfiq küçələrinə, eləcə də Parlament prospektinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR