2016-cı il aprelin 15-dən dekabr 15-dək Milli Azərbaycan Tarixi Muzeyində “I Şah İsmayıl – sərkərdə və hökmdar” sərgisi açılıb.
Muzeydən APA-ya bildirilib ki, sərgini 16527 nəfər tamaşaçı ziyarət edib. Qeyd olunub ki, bu, indiyədək muzeydə təşkil olunan sərgilər arasında ən böyük göstəricidir.